Ölkə

UCARDA SOSİAL YARDIM KORRUPSİYASI

10-03-2016, 22:05
Rayon sakinləri ƏSMM direktorunun onlardan 800 manat pul istədiyini iddia edirlər

Dünən bir qrup Ucar rayon sakini mətbuata müraciət edərək, üzləşdikləri problemlərlə bağlı geniş məlumat veriblər. Onlar bildirirlər ki, Ucar rayon Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Oruc Piriyev və oranın əməkdaşı Hicran Məmmədovanın əlindən zara gəliblər. 

Onlar qeyd edirlər: «Bu korrupsionerlər bizim kimi yoxsulların haqqını yeyib kapital toplamaqla məşğuldular ki, nəticədə də bizim ailəmiz acından ölməkl təhlükəsi qarşısındadırlar. Bu şikayətə imza edənlərin hamısı bir neçə ay öncə sosial yardım almaq üçün Ucar rayon Sosial Müdafiə Mərkəzinə qanunu qaydada sənədlər təqdim etmişikdik. Bizim qarşımızda Oruc Piriyevlə Hicran Məmmədova şərt qoydular ki, ya əvvəlcə 800 manat verməlisiniz, ya da 6 ay sosial yardım kartı bizdə qalacaq. Biz buna razı olmadıq deyə, «gələn ay sənədləriniz göndəriləcək» söyləyərək, bizi aldadıblar. Dünən isə bizi çağırıb sənədlərimizi özümüzə qaytardılar ki, artıq komputer sistemi ilə sənəd qəbulu başlayıb. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədləri qəbul etmədi. Əslində isə yuxarıda göstərdiyimiz kimi bu korrupsiyaya qurşanmış Oruc-Hicran cütlüyünün şərtləri ilə razılaşmadıq deyə, bizim sənədləri uzun müddət saxlayıb özümüzə qaytardılar».

Ondan artıq Ucar sakini mətbuata yazır ki, rayonda xeyli sayda adama ünvanlı sosial yardım almaları məhz Oruc Piriyevlə Hicran Məmmədovanın pul alması sayəsində mümkün olub. «Əgər bizim iştirakımızla Ucar rayonunda bu istiqamətdə araşdırma aparılarsa həmin siyahını təqdim edəcəyik. Həmin saxta "yoxsulların" bahalı avtomobilləri, mal-qoyun sürüləri, torpaq sahələri bir çox imkanları var ki, buna rayon sakinləri təəcüblənirlər. Oruc Piriyev Ucarın Qulabənd kəndinə yaşayır, ancaq indi rayonun mərkəzindən 50.000 manata ev almaq istəyir ki, buna görə bir-neçə evə baxsa da xoşuna gələni olmayıb. Bu adamda hətda əqli çatışmamazlıq var deyə anormal hərəkətlər edir. Sizə təqdim etdiyimiz şəkildə O Heydər Əliyev Mərkəzindəki iclas zalında tribunanın üzərində oturub şəkil çəkdirib və bu şəkili utanmadan sosial səhifəsində paylaşıb. Hansı ki, tirbuna hörmətlə yanaşılası bir yerdir. Gününü sərxoşluqla keçirən Oruc Piriyevə orta məktəb vaxtı sinifdə uşaqlar "dəli Oruc" deyiblər. O yaşadığı Qulabənd və qonşu Alpı kəndində saxta arayışlarla çoxlu sayda adamlara qanunsuz olaraq ünvanlı sosial yardım təyin etmişdir ki, siyahını yoxlamaya təqdim edəcəyik. Hansı ki, həmin arayışı kənd soveti sədri ilə əlbir olub alıblar ki, ailə tərkibini düzgün qeyd etməyiblər və komissiya zamanı göz yumublar». 

Şikayətçilər bildirirlər ki, belə oxşar saxtakarlıqları Hicran Məmmədovanında nəzarət etdiyi sahələrdə də edilib. «Hicran Məmmədova çirkin yolla əldə etdiyi belə qazanc hesabına bahalı avtomobillərə, möhtəşəm villalara sahib olub. Bizi isə qanunu halal haqqımızdan məhrum edib, ailəmizi azyaşlı körpə uşaqlarımızı acından ölməyə məhkum ediblər. Xahiş edirik ünvanlı sosialı yardım alanların siyahısı olan internet səhifəsində Ucar rayon siyahısına baxın orada himayəsində iki azyaşlı uşağı olan Qarabörk kənd sakini Musayev Mirsafa Niyazı oğluna 10 manat 89 qəpik sosial yardım təyin edilmişdir. Hicran Məmədova ona 170 manat sosial yardım təyin edilməsi üçün 6 ayın pulunu istəmişdi, razı olmadığı üçün ona belə bir məbləğ yazılmışdır. Ancaq Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin işçisi Gülxarə xanımın bacısı oğlu İbrahimov Əfqan Xudayar oğluna 299 manat yardım təyin edilmişdir. Hansı ki, Əfqan İbrahimovun 18 yaşdan yuxarı iki övladı və böyük bir torpaq sahəsi var ki, onu qeydə aldırmayıblar. Ucar rayonu Rəstəcə kənd sakini Həsənova Əfsanə Fizuli qızının sənədləri 1 ildir Ucar rayon Sosial Müdafiə Mərkəzində olsada hələdə gözləyir .Sadəcə olaraq Oruc-Hicran cütlüyünə istədikləri rüşvəti verməyə imkanı yoxdur. Hüseynov Teymur Qnyaz oğlunun da 8 aydır sənədləri orada yatır.O,madi imkansızlığa görə xəstə uşağını müalicə etdirə bilmədiyi üçün azyaşlı dünyasını dəyişdi. Yenədə rüşvət verə bilmədiyi üçün Qazyan kənd sakini Sadıqova Gözəl Tərlan qızı 1 ildir sənədlərini versədə hələ gözləyir.Yoxsul Ucar sakinlərinə qənim kəsilimiş Oruc Piriyev və Hicran Hüseynova sosial yardım təyin edilməsi üçün çəkinmədən rüşvət istəyirlər və bu qanunsuzluqlarına belə don geyindirirlər ki, "qoyulan haqqı nazirliyə verməsək yardım təyin edilmir". Biz yoxsulluq həddindən də aşağı həddə yaşayan Ucar rayon sakinləri Prezident cənab İlham Əliyevdən bu korrupsioner

Administratorla əlaqə

077 611-55-22

[email protected]