Əsas Səhifə / Ölkə

Neftçala rayonun ƏSMM-ində özbaşınalıq

13-01-2016, 20:26
Bu gün Neftçala rayonunda vətəndaşların ən çox şikayət etdiyi məsələ ünvanlı sosial yardımların verilməsində, qarşılaşdıqları haqsızlıqdır. Xeberman.com saytına məlumat verən şikayətçilər bildirlər ki, Neftçala rayon sosial müdafiə mərkəzinin ünvanlı yardım şöbəsində , çox yox yarım saat durmaq yetər ki, vəziyyətin necə də acınacaqlı olduğunu öz gözlərinlə görəsən. Yardım arzusu ilə sosial müdafiə mərkəzinə gedən vətəndaşların demək olar ki , hamısının ümidi puça çıxır. Səlim Müslümov sayaği işlərini quran, ünvanlı yardım şöbəsinin testdən keçməyən işçilərinin sakinlərə cavabı bircə o olur ki, gedin 6- aydan sonra gələrsiniz. Bir sözlə Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) analoqu olmayan özbaşınalıqlar hökm sürür. Sözü gedən mərkəzdə qohumbazlıq, rüşvətxorluq, korrupsiya və digər qanunsuz hallar baş alıb gedir. Məlumatlarda bildirilir ki, Neftçala rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlardan külli miqdarda pul tələb olunur. Bununla yanaşı mərkəzdə saxta sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə mövcud olmayan şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi və kütləvi faktlar var. Bu barədə Bizim dövr qəzetinə danışan mənbə qeyd edir ki, narazılıqlar bu gün də davam etməkdədir.. Mənbənin sözlərinə görə ƏSMM-in direktoru Zaur Kərimovun səhlənkarlığı ucbatından kasıb ailələr üçün nəzərdə tutulan sosial müavinətləri və yardımları vaxtlı-vaxtında almaq mümkün olmur. Vəzifəyə təyin olunduğu gündən Zaur Kərimovun qurumu şəxsi müəssisəsi hesab edərək vətəndaşlarla necə gəldi rəftar edir. Məsələ ilə bağlı redaksiyamızın digər mənbələrdən əldə etdiyi məlumatlarda isə qeyd edilir ki, bu sahədə rüşvət və korrupsiyanın qarşısını almaq məqsədilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış üsul – kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması bu gün də Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən geniş istifadə olunur. Məhz bu yolla aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənildiyini deyən məlumatlı şəxslər iddia edirlər ki, yol verilmiş bu kimi əməllər nəticəsində Neftçala rayonunda yaşayan aztəminatlı ailələr dövlətin onlara hər ay üçün ayırdığı maddi yardımdan kənar qalırlar: "Aztəminatlı ailələr neçə vaxtdır Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üşün müraciət etsələr də, vətəndaşlar müəyyən süni əngəllərlə üz-üzə qalırlar. Saxta yolla yardım alanların sayı isə ildən ilə artır. Mərkəzin rəhbərinə "görüm- baxım" müqabilində əlillik dərəcəsinin müəyyən olunması üçün 88 saylı forma deyilən saxta arayış verilir. Saxta arayışları isə şəxsən Zaur Kərimovun özü təşkil edir. Bundan sonra həmin vətəndaşın əlillik dərəcəsi Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilərək qərar çıxarılır”. Bundan əlavə mənbə iddia edir ki, Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin səlahiyyətli şəxsləri əvvəlcə və sonradan şəxsi büdcələrinə müəyyən məbləğ daxil olmasa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından istifadə edərək əhaliyə əlavə problemlər yaradırlar: "Lakin əksinə, yəni Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yetkili şəxslərinin "şərtləri”nə əməl olunarsa, o zaman işiniz qısa müddət ərzində yoluna qoyulacaq və heç kim sizə problem yaratmayacaq. Düzdür, Neftçala sosial yardımlara ehtiyyacı olan insanlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bunun heç bir faydasını görməyiblər. Yəni indiyədək məsələ ilə bağlı araşdırma aparan, camaatı narahat edən problemləri yoluna qoymağa çalışan olmayıb”. Neftçalanın Aşağı Qaramanlı kənd sakin Məlahət Novruzova bildirirki,”Böyük oğlum həbsdədir,yoldaşı xəstəliyə tutuldu.Uzun müalicə yetərsiz oldu,gəlinimi itirdik.İndi iki yetim saxlayıram.Bir yanda digər övladım ailəsi və 4 uşağı ilə çöllərdədir.Daimi işi yoxdur,səhhəti düzələndən-düzələnə karyerə daş yükləməyə gedir.Uzun müddətdi ağırlığa görə axırıncı iş yeri hesab olunan daş karxanasında da iş qəhətə çıxıb.Mən təkcə pensiyam ilə bütün bunlara necə baxa bilərəm?! Dekabr ayından Neftçala Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qapılarında əsir-yesir olmuşuq.Dəfələrlə istər bələdiyyədə,istər kənd icra nümayəndəliyində olmağımıza rəğmən zərrədə olsun bizim dövlətin ayırdığı "yardımı”n alınmasında müsbətə doğru heç nə dəyişmir.Elə get-gəllərdir ki,biz adiyyatı orqana pul təklif edək.Bunlar adət ediblər vətəndaşın haqqı olanı düzəltmək üçün "haqq "alalar.Mən də onlara qara qəpikdə vermiyəcəm.Dövlət başçısı rüşvətin yığışdırılmasın dəfələrlə qeyd edib.Amma bəzii orqanlar ölkə başçısının göstərişinə biganə yanaşır. Bütün adiyyatı orqanlara övladımın vəziyyətin nəzərə alıb ev verilməsin xahiş etmişəm.Ev məsələsində də məsuliyyətsiz yanaşmalar,başdan eləmələr görmüşük.Haqqları olan sosialı da düzəltmirlər.Neftçala rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi bizim taleyimizə niyə biganə yanaşır. Artıq bir il olacaq ki,mən bu yollardayam.Bəs bizim bu halımızla kim yardım duracaq?Belə hallar üçün qanunda nəzərdə tutulan yardımı ala bilmirik.Bax,dərd burasındadır.O qədər problemlərlə yaşayırıq ki,artıq nəfəsimi elə bil çiyinlərimdən alıram.Evdə iki yetim onların sıxılan mənəviyyatı və istədikləri kimi geyindirib-yedirdə bilmirəm. Bir il tamam olacaq ki,mən idarələrin qapısındayam.Bələdiyyə deyir yerimiz yoxdur.Bəs, necə olur Şamaxı və digər yerlərdən gələnlərə yer tapılır,kəndin kasıb evli cavanına yer tapılmır?! Kənd İcra nümayəndəliyidə bələdiyyənin dediklərin təkrar edir.Neftçala rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi isə elə get-gələ sasıblar.Yaşadığı yerdən arayış,”kupça” istəyirlər.Oğlum kirayə qaldığı evin sahibi yaşlı qadındır,maşın tutmuşuq aparmışıq idarəyə.İndidə deyirlər ki,evin "kupça”sı lazımdır.Oğlumun evi var ki,kupçası ola?!Digər tərəfdən Aşağı Qaramanlıda kimin evinin sənədi var ki?! Hələ biz sosialın sığorta kartından ötrü 70 manat ödəmişik” .

Administratorla əlaqə

077 611-55-22

[email protected]