Ölkə

XƏZƏR RAYON ƏSMM-DƏ NƏHƏNG KORRUPSİYA FAKTI

15-03-2016, 21:41
Əjdər Cəbiyevin dostu olan direktor müavini Rza Əhmədov işinin öhdəsindən layiqincə gələ bilmir 

Sosial müdafiə sahəsində aparılan dəyişikliklərə baxmayaraq, ünvanlı sosial yardım sistemindən rüşvətin kökü nəinki kəsilmir, əksinə daha böyük miqyas almaqla yeni formalarda davam edir. Bununla bağlı böyük korrupsiya göstəricisi isə ictimaiyyətə bu yaxınlarda məlum olub. Aydın olub ki, ünvanlı sosial yardıma ayrılan vəsait Respublikanın rayonları üzrə yoxsulluq səviyyəsinə uyğun bölüşdürülmür. Məsələn, Bakıda Xəzər rayon ƏSMM-yə digər rayonlarla müqayisədə 2-3 qat artıq vəsait ayrılıb. Digər rayonlarda əhalinin 3-5%-i yardım aldığı halda Xəzər rayonunda bu göstərici 9,5% təşkil edir (oxucular bu barədə daha ətraflı internetdə Səlim Müslümovun Nazirliyi: Azərbaycan büdcəsinin "qara dəliyi” başlıqlı yazıdan oxuya bilərlər). Səbəbi çox sadədir. Səlim Müslümovun qurduğu korrupsiya şəbəkəsinə rəhbərliyi Əjdər Cəbiyev həyata keçirdiyindən, onun icazəsi olmadan heç kim Nazirliyə bir işçi qəbul edə və rayonlara ayrılan yardım vəsaitini 1 manat olsun belə artıra və ya azalda bilməz. Xəzər rayon ƏSMM-yə bu qədər vəsaitin ayrılması isə birbaşa korrupsiya məqsədi ilə edilir. Xəzər rayon ƏSMM-nin direktor müavini Əhmədov Rza Əjdər Cəbiyevin yaxın dostudur. Sosial müdafiə sistemində korrupsiya əməllərinə görə ad çıxarıb. Uzun müddətdir kasıb insanların, yetimlərin, əlillərin, kimsəsizlərin ünvanlı sosial yardımlarını mənimsəməklə məşğuldur. 2013-cü ildə Yasamal rayon ƏSMM-də "Ünvanlı sosial yardım və sosial müavinətlər sektoru”nun müdiri olub. Şöbə müdiri olduğu halda, baş məsləhətçilərin qulluq funksiyalarına aid olan işi görərək, birbaşa vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul edib və təyin olunan yardımların 6 ayını mənimsəyərək, böyük məbləğdə sərvət toplaya bilib (həmin dövrdə onun tərəfindən təyin olunan yardım sənədlərinə aid kartların bankomat çıxarışları çıxarılsa bütövlükdə onun şəkilləri çıxacaqdır). Bu "qabiliyyətinə” görə Əjdər Cəbiyevin diqqətini cəlb edib və rəğbətini qazanıb. Bu şəxs guya Azərbaycan Beynəlxalq Universitetinin nəqliyyat fakültəsini bitirib. Diplomu belə saxtadır. TQDK xətti ilə bal toplayaraq həmin ixtisasa qəbul olmayıb. Elşad Abdullayevlə olan qohumluq münasibətləri hesabına ora qəbul edilib. Əjdər Cəbiyev Xəzər rayon ƏSMM-yə bu qədər vəsait ayırmaqla, hər ay 100 min manatlarla rüşvəti Əhmədov Rzanın vasitəsilə əldə edir. Bu korrupsiya əməllərinin təcili araşdırılmasına ehtiyac var. Qoy Xəzər rayon ƏSMM-yə 2-3 dəfə artıq vəsait ayırdıqlarına aydınlıq gətirsinlər. Yazıda adı çəkilən şəxslərin də cavab haqqını tanıyırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]