Ölkə

Türk iş adamının küllü miqdarda pulunu mənimsəyən prokrorun qohumu axtarışa verildiyi halda niyə həbs edilmir?

5-05-2019, 02:46
Türk iş adamının küllü miqdarda pulunu mənimsəyən prokrorun qohumu axtarışa verildiyi halda niyə həbs edilmir?Türk iş adamının küllü miqdarda pulunu mənimsəyən prokrorun qohumu sərhəddi keçərkən həbs edilib. Sonradan polisin əlindən qaçdılar -filmə bənzəyən şok hadisənin təfəruatları.

Son günlər ölkə mediasını və sosial şəbəkənin gündəmini zəbt edən Türk işə adamının küllü miqdarda pul vəsaitini mənimsəyən iki azərbaycanlı haqqında geniş müzakirə gedir. Press-az.com saytı olaraq söz gedən hadisəni gündəmdə saxlayır, yeni faktların üzə çıxmasını tirajlayırıq.Oxuyucularımızı və adiyyatı üzrə dövlət qurumlarını bu məsələdən agah etmək üçün. Qısa olaraq bu mübahisəyə səbəb olan hər iki tərəfin fikirini dərc edib jurnalist mövqeyindən qeyri mövqe ortaya qoymamaq istəyimiz nəticəsində Necati Elamanın videosunu təqdim edirik.

Uzun müddətdir ki, Nəcati bəyin paylaşdığı videolar ölkə mediasında, sosial şəbəkələrdə geniş müzakirə olunurdu.Həmin vaxtlar Fərid Cəlilov və Ceyhun Qənbərov bu barədə heç bir açıqlama vermirdi.Bu videolar mediada rezarans doğurduqdan sonra adiyyatı üzrə dövlət orqanlarının rəhbər şəxsləri hərkətə keçdi. Ceyhun Qənbərovun atası Ülfət Qənbərov və vəkili keçmiş polis müstəntiqi Vasif zəng edib Necati bəyə bildirib ki, puludan bəzi güzəştlər et və məbləğin yarısına da avtomobil verək. (Həmin zəngin səs yazısı redaksiyamızda var.Qısa zamanda onu da sizə təqdim edəcəyik.)Necati bəy isə qarşı tərəfin bu təklifini qəbul etmədi və pulunun hamsını birdəfəlik ödənilməsini tələb etdi.
Həmin vaxtdan dərhal sonra Fərid Cəlilov və Ceyhun Qənbərov aprel ayının 18-də ölkədən çıxış etmək istəyərkən saxlanılıblar.
Qusar Sərhəd Keçid Məntəqəsindən Rusiya tərəfə keçmək istəyərkən Ceyhun Qənbərov saxlanılıb. Sonradan məlum olub ki, Fərid Cəlilov keçid məntəqəsinə girməyib və Ceyhunun keçməyini müsahidə edirmiş. Egər Ceyhunu saxlamasalar Fərid də məntqəni keçməliymiş. Ceyhunun saxlanıldığını görən Fərid Cəlilov ərazini tərk etməyə müvəffəq olub.
Qusar polislərinə təhvil verilən Ceyhun Qənbərov isə paytaxta gətirilib.Baş Prokurorluq yanında Korrupsiyaya Qarsı Mübarizə İdarəsi tərəfindən məcburi gətirilməli və sərhəddi qanunsuz keçmək istəyən şəxs həmin idarəyə təhvil verilməli idi.Lakin Bakının Tiblisi prospektində yerləşən IST petrol yanacaq doldurma məntəqəsində Ceyhun Qənbərov ayaqyoluna getmək istədiyini bildirib. Polislər onu yanacaqdoldurma məntəqəsində yerləşən ayaqyoluna getməsinə icazə veriblər. Sonra Ceyhun məntəqənin marketinə girib və oradan da qeybə çəkilib. Hansı təsirlərdən, hansı vədlərə görə polis öz vəzifəsinin öhdəsindən gələ bilmir.?!Ceyhun Qənbərov və Polislərin qanunsuz hərkətlərini başqa formaya çevirmək məqsədi ilə Quba rayon Pİ-nin əməkdaşları üz tutublar Ceyhunun yaşadığı ərazi üzrə 20-ci PB-nə. 20-ci PB-nin cinayət axtarış şöbəsinin rəisi Vasif müəllimə. Vasif müəlim də onlara kömək etmək qərarına gəlib.Bir neçə axtarışa cəhd ediblər.Bütün axtarışlar boşa çıxıb.Vasif müəllim sonradan məcbur olub zərərçəkmiş Necati bəylə əlaqə saxlayaraq kömək istəyib. Necati bəy də heç bir köməklik göstərə bilməyəcəyini deyib.
Aldığımız məlumata görə Qusar RPİ-nin əməkdaşlarının işdən azad olunmaları haqqında Vasif müəllimə desələr belə heç bir halda Ceyhun Qənbərov tapmayıblar. Hal-hazırdada axtarışı olmasına baxmayaraq Ceyhun Qənbərov heç bir axtarış aparılır.
Bu hadisədən dərhal sonra aprel ayının 22-də qaçmış planın uğursuzluğundan sonra Fərid Cəlilov AFN.az saytına video müsahibə verdi .Həmin vaxtdı Necati Elamanın dediklərinin təkzib etməyə və dövlət qurumlarının qərəzli mövqeydə olduğundan danışdı.(Fərid Cəlilovun həmin video müsahibəsini təqdim edəcəyik)

Bir jurnalist olaraq bizi düşündürən sual o oldu ki, bu iki dost niyə indiyə qədər bu məsələyə bir mövqe bildirmirdi.Ceyhun Qənbərovun da və Fərid Cəlilovun da yuxarı dairələrdə qohumları var və vəkilləri də Hüququ Muhafizə orqanlarında yüksək vəzifədə işləyib.Məsələn Fərid Cəlilovun vəkili Valeh Quliyev 2017-ci ilə qədər Korrupsiya Qarşı Mübarizə İdarəsində müstəntiq işləyib. Ceyhun Qənbərovun vəkili Valeh müəllim isə polis idarələrinin birində müstəntiq işləyib. Belə vəkilləri olan şəxsin hüquqlarını kim tapdalaya bilər? İkinci əgər pul söhbəti yalandırsa ,sizin o insandan küllü miqdarda pul almamısınızsa bəs onda niyə ona o qədər pulu ger qaytarmaqla bağlı vəkiliniz və atanız telefonu zəngi ilə müraciyyət edib?Necati beydən şikayətini ger götürməsini xahiş edir? Bu və digər suallar çoxdur.Bunların hamsını adiyyatı üzrə dövlət qurumları verib, cavabını da almalıdır.
Sonda bu gün Necati bəylə görüşümüz əsnasında xahiş etdi ki, onun bu müraciyyətini də yazaq. Bir Jurnalist kimi onun xahişini nəzərə alıb bu araşdırma tipli yazıda həmin müraciyyəti də qeyd edirik. Necati Eleman bildirib ki, mən burada qəribəm, qohumum nədə əqrəbəm var.Tək ailəmdən başka heç kimim yoxdu.Bu səbəbdən də onlar mənim təkliyimdən istifadə edib mənim pulum arasına keçib, adiyyat üzrə dövlət qurumlarında olan qohumlarının vasitəsi ilə ört-basdır eləmək istəyirlər. Cənab Prezident İlham Əliyev və Mehriban Əliyeva xanımdan xahiş edirəm ki, mənə kömək olsunlar və mənim qanuni haqqım olan pulumun qanun çərçivəsində geri alınmasında mənə köməklik göstərsinlər. Ümüd edirəm ki, Cənab Prezident və Mehriban Xanım mənim başıma gələn qanunsuzluqlara göz yummayacaq və haqq səsimə səs verəcəklər.
Növbət yazımız izləyin,yeni faktları yazacağıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]