Ölkə

IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metrosunun iş qrafiki artırılacaq

8-04-2017, 12:22
IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metrosunun iş qrafiki artırılacaq
Xeberman.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Oyunlar müddətində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-yədək fəaliyyət göstərəcək. Adi yarış günlərində isə metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Yarışlar davam edən günlərdə sərnişin axını çox olarsa, bu qrafikə yenidən baxıla bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]