Ölkə

Kərəm Həsənovun əcnəbilər adına özəlləşdirdiyi əmlakların şok sirri

4-01-2017, 00:25

Komitə sədri özəlləşdirilən hər əmlakı xaricdə müxtəlif obyeltlərlə əvəzləyib

 Son günlər Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsnovla bağlı ölkə mediasında bir-birindən qorxunc iddialar səslənməkdədir. Hansı ki, bu iddialarda komitə sədrinin milyonlarla manat məbləğində maxinasiyalara yol verdiyi, ciddi qanunsuzluqlara imza atdığı qeyd olunur.
Bu günlərdə komitə sədri ilə bağlı cumhuriyyet.az-a K.Həsənovla bağlı məlum iddiaları kölgədə qoyacaq ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, K.Həsənovun bu günə qədər müxtəlif əcnəbi şirkətlərin və şəxslərin adına sənədləşdirdiyi daşınmaz əmlaklarla bağlı qeyri-adi mənimsəməyə yol verilib. Daha dəqiq desək, "münasib” əcnəbi şirkətlərə bu əmlakların "uyğun şərtlərlə və minimal maliyyə sərfiyyatı” hesabına özəlləşdirilməsində yardımçı olan komitə sədri, bunun müqabilində xarici dövlətlərdə bir çox əmlakın yaxınlarının adına əvəzləşdirilməsinə nail olub. Bu yolla xarici dövlətlərdə dəyəri milyonlarla manat olan əmlaka sahiblənən komitə sədri, böyük əmlak imperiyası formalaşdıra bilib.
Bilgili qaynağın cumhuriyyet.az-a verdiyi məlumata görə, artıq komitə sədrinin bu özfəaliyyəti ilə bağlı "yuxarılarda” ilkin informasiya mövcuddur və bu məsələ ilə bağlı təftişə qərar verilib. Araşdırma nəticəsində ciddi faktların meydana çıxacağının şübhəsiz olduğunu bildirən mənbə, K.Həsənovun ümumi katyola atdığı milyonlarla görə cavab verəcəyini vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]