Gündəm

Kərəm Həsənovdan qudasına milyonluq jest: Xocasəndə “NASA projesi”

20-07-2016, 00:31

Daşınmaz Əmlak üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı saytımıza ilginc məlumat daxil olub. Məlumatda adı bu vaxta qədər külli miqdarda talançılıqda hallanan komitə sədrinin öz qudasına, daha doğrusu qudasının qardaşına dəyəri bir neçə milyon manat olan nəhəng torpaq sahəsini peşkəş etdiyi ilə bağlı şok informasiya yer alıb. Mənbə cumhuriyyet.az-a K.Həsənovun qudasının qardaşı Mübariz Bayramova pay etdiyi torpaq sahəsinin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşdiyini bildirib: "K.Həsənov qudasının qardaşı M.Bayramova Xocasən qəsəbəsi ərazisində 1.1133 hektarlıq torpaq sahəsi bağışlayıb ki, bu torpaq sahəsinin milyonlarla manat məbləğində qiyməti var. Dövlət əmlakını öz dədə malı kimi pay-püş edn komitə sədrinin yaxın qohumuna təqdim etdiyi çıxarışa torpaq sahəsinin təyinatı ilə bağlı yazdığı qeyd isə sözün həqiqi mənasında heyrətvericidir.
Belə ki, komitə sədri milyonluq torpaq sahəsinin təyinatı ilə bağlı qeyd hissəsində göstərir ki, bu torpaqdan "sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi istifadə etmək olar və bu tamamilə qanunidir. Başqa sözlə desək, K.Həsənovun verdiyi çıxarışdan belə məlum olur ki, qudasının qardaşına verilən bu torpaq sahəsindən istənilən cür, istənilən məqsədlə istifadə etmək mümkündür”.
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, sənəddə torpağın təyinatı ilə bağlı "sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” ifadəsinin yer alması çıxarışın hazırlanmasında bilavasitə iştirak edən xidməti personalda da istehza qarışıq təbəssümlə qarşılanıb. Belə ki, sənədlə tanışlıq imkanına malik olan Əmlak Komitəsinin bəzi əməkdaşları bildirib ki, amerikalıların bu sənəddən xəbərləri olsaydı, o zaman belə güman edərdilər ki, K.Həsənov Xocasəndə NASA üçün baza inşa etmək fikrindədir. Çünki bu sənədin verdiyi imkanla nəinki beynəlxalq agentliklər üçün obyekt tikmək, hətta yadplanetlilər üçün eniş meydançası belə inşa etmək mümkündür.

1.Kərəm Həsənovun qudası ilə bağlı bu sənəd komitə sədri ilə Eldar Mahmudov komandası arasındakı əməkdaşlıqla bağlı nə deyir?
2. Komitə sədrinin qohumu olan torpaq sahibi MTN-də vəzifə tutub?
3.Komitə sədrinin verdiyi məlum sənəd onu hansı iri ranqlı məmurla üz-üzə gətirib?
3.Kərəm Həsənov qohumuna görə hansı dövlət torpağını işğal edib?
4.Komitə sədri dövlətin strateji siyasəti ilə necə, hansı formada oynamaq istəyib?
Mövzunu davam etdirəcəyik…

Administratorla əlaqə

077 611-55-22

[email protected]