Ölkə

Komitə sədri zəbt etdiyi torpaqları həzm edə bilmir

26-07-2016, 21:10

Komitə sədri zəbt etdiyi torpaqları həzm edə bilmirDaşınmaz Əmlak üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qudasının qardaşı Mübariz Bayramova dəyəri milyonlarla hesablanan torpaq sahəsi peşkəş etməyindən bəhs etmişdik."Kərəm Həsənovdan qudasına milyonluq jest”başlıqlı həmin yazıda vurğulamışdıq ki, Xocasəndə yerləşən və hektarlarla ərazini əhatə edən torpaq sahəsi K.Həsənovu başqa bir məmurla üz-üzə qoyub ki, buna səbəb komitə sədrinin dvlət torpaqlarını ağına-bozuna baxmadan zəbt etməsi, yaxınlarının adına sənədləşdirməsi olub.
Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, K.Həsənovun M.Bayramovun adına sənədləşdirdiyi torpaqlar bu günlərdə onu SOCAR prezidenti Rövnəq Abdullayevlə üz-üzə qoyub. Belə ki, komitə sədrinin M.Bayramovun adına sənədləşdirdiyi torpaqların bir hissəsi Dövlət Neft Şirkətinə məxsusdur. Hansı ki, SOCAR zəbt edilən bu torpaqların ona qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib.
Kərəm Həsənovdan qohumuna zəmanət: "Narahat olmaq üçün əsas yoxdur”
Mənbənin sözlərinə görə, əslində M.Bayramovun adına sənədləşdirilən torpaqların bəlli bir qisminin SOCAR-a məxsusluğu K.Həsənova bəlli olsa da, komitə sədri qudasının qardaşını bundan narahat olmamağa səsləyib:
"K.Həsənov M.Bayramova bildirib ki, bu cür "xırda məsələlərə” fikir verməyə ehtiyac yoxdur. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Komitə sədri qohumunu inandırmağa çalışıb ki, neft şirkətinə məxsus torpaqların rəhbərlik etdiyi qurum tərəfindən sənədləşdirilməsi ilk hadisə deyil. K.Həsənov M.Bayramovu əmin edib ki, əgər nə vaxtsa buna görə neft şirkəti ilə problem yaransa, o zaman bu ərazidən keçən neft xətlərinin yerini dəyişdirə, həmin xətləri digər əraziyə köçürə bilər. Komitə sədri ərazidəki anbarı da digər yerə köçürməyin mümkünlüyünü bildirib”.
Komitə sədrinin quymağı diş sındırır…
Bilgili qaynağın məlumatına görə, K.Nəsənovun yaxın qohumuna "əhəmiyyətsiz məsələ” kimi təqdim etdiyi problem yaxın günlərdə kifayət qədər böyüyərək əsl qarşıdurmaya çevrilib: "M.Bayramovun göstərilən ərazidə əməli fəaliyyətə keçməsi və bu məqsədlə K.Həsənovun ərazidəki anbar və neft xətlərini buradan köçürmək cəhdi neft şirkəti tərəfindən cidid müqavimətlə qarşılanıb. Belə ki, SOCAR yetkililəri K.Həsənova anladıb ki, bu xətlərin və ərazidəki anbarın başqa yerə köçürülməsi mümkün deyil və komitə sədri bu kimi məsələlərdə neft şiekətinin yerinə qərar verə bilməz. Bundan başqa, K.Həsənovdan neft şirkətinə məxsus zəbt edilən torpaqların geri qaytarılması tələb olunub. K.Həsənov isə həmin torpaqları geri qaytarmayacağını bildirib və bunu vətəndaşın əlində "qanuni çıxarışın” olması ilə izah edib. Belə olan təqdirdə komitə sədrinə bildirilib ki, o zaman məsələ məhkəmədə həll olunacaq və zəbt edilən torpaqların qaytarılması məhkəmə hökmü ilə təmin ediləcək”.

Mövzunu davam etdirəcəyik…

Administratorla əlaqə

077 611-55-22

[email protected]