Ölkə

Yeni Yasamalda sakinlər etiraz aksiyası keçirib

28-11-2016, 01:23

Yeni Yasamalda sakinlər etiraz aksiyası keçiribBakının Yasamal rayonunda sakinlər etiraz aksiyası keçirib.

Hadisə bu gün səhər saatlarında Yeni Yasamalda yerləşən "Şərur MTK"-ya məxsus binanın həyətində baş verib.

Əsəd Əhmədov küçəsində yerləşən binanın sakinləri öz narazılıqlarını və tələblərini dilə gətiriblər.

Bu barədə adının açıqlanmasını istəməyən bina sakinləri KİV-ə məlumat veriblər.


Binanın Sakinlər Komitəsi tərəfindən təşkil olunan etiraz toplantısında ilk olaraq dayanacaq qiymətlərinin qaldırılmasından şikayətləndiklərini deyən sakinlər, qarajların aylıq icarə qiymətinin 30 manatdan 60 manata qaldırılmasına etiraz ediblər.

Tələblər içində həmçinin abonentlərin "Azərişıq"a olan borclarını özlərinin ödəmək istəmələri olub. Belə ki, indiyə qədər "Şərurlu İsfəndiyar" adı ilə məşhur olan bina sahibi İsfəndiyar Axundov qeyri-qanuni olaraq buna imkan vermir. Sakinlər işıq pulunu məcburən bina rəhbərliyinə verir, o da öz növbəsində dövlətə ödədiyini bildirir.

Daha bir tələb isə, "Kupça" (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) barəsində olub. Sakinlər indiyə qədər hələ də bu mülki sənədi əldə edə bilməyiblər.

 

Nəhayət etirazlardan sonra İsfəndiyar Axundov hadisə yerinə gəlib. O, əvvəlcə sakinlərin şikayətlərini qəbul etmək istəməsə də, sonradan bəzi tələblərlə razılaşmalı olub.

Belə ki, qaraj qiymətləri əvvəlki qiymətə (30 manat) endirilib.

Digər məsələlərə isə baxılacağına söz verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]