Ölkə

RTŞ müdirinin qızı saxta diplomla müəllim işləyir

25-11-2016, 01:34

"Çirkli əllərlə təmiz işlər görülmür..."

Mikayıl Cabbarovun  gəlişindən sonra təhsilimizdə neqativlərin aradan qalxacağına bir ümüd yaranmışdı. Əslində sonrakı addımları da buna əsas verirdi ki, bu cür düşünək . Hətta bəzi məqamlarda təhsil nazirliyinin şaffaf  işinə yerli icra hakimiyyətləri tərəfindən müdaxilə  olmasa daha yaxşı işləyəcəklərinə inam var idi içimizdə . Amma sonrakı hadisələr  bizim rüşvətsiz və "daydaysız" bir sistemdə işləyə biləcəyimizin mümkün olmadığını göstərdi. Əvvəlcə direktorların işə qəbulu ilə bağlı imtahanlardan keçən müəllimlərin müsahibədə birdən birə  yerli icra hakimiyyətlərinin " rəyi" məsələsi müsabiqənin şəffaf imicinə zərbə vurdu. RTŞ müdirlərini  təyin edə bilməyən Təhsil Nazirliyi direktorları necə təyin edə biləcəyi də bir müəmma idi . Vakant yer göstərmədən müqavilə ilə müəllimlərin işə qəbul edilməsi RTŞ müdirlərinə həvalə olunursa deməli bu korrupsiyaya şərait yuxarıdan yaradılır.  Cəlilabad rayon təhsi şöbə müd Elminaz Nadirova açıq şəkildə aldığı hər manatı Təhsil Nazirliyinə verdiyini deyəndə çoxları şübhə ilə yanaşsada sonradan diaqnostik qiymətlərndirmədən keçməyənləri  imtahandan kənar keçirtdiyi və müsahibəyə getməyən məktəb direktorluğuna namizədləri direktor kimi təsdiq etdirməsi sübut etdi ki, "balıq başdan qoxuyub". Sizin rəhbərliyinizdə kim daha çox çirkab içərisindədirsə onlar qabağa çəkilir . Direktorluğa layiq olmayn Elminaz Nadirova şiddətli töhmətdən sonra RTŞ müdiri oldu. İnspektor olan Sarxan Həsənov və Ərəstun Hüseynov kimi rüşvətxorların 65 yaşı olsada Cəlilabad məktəbləri hələ də onların əlindən qan ağlıyır. Savadlı adamlar bu qətliama vasitə olmaq istəmədiklərindən məktəb rəhbərliklərinə savadsız və səriştəsiz kadrlar gətirilməkdədir. Cəlilabad rayon təhsil şöbəsində istənilən qədər savadlı və ziyalı simalar var ki, Elminaz Nadirovanı onlara rəhbər qoymaqla əslində Azərbaycan Təhsilini təhqir etdiniz . Zərifə Əliyevanın adını daşıyan 7 nömrəli məktəbdə olan  xadimələrin və müəllimlərin maaş kartları hələ də Elminaz Nadirovanın seyfindədir. Məktəblərin çoxunda hələ də saxta diplomla işləyən müəllimlər var və bunlara heçnə deyilmir çünki bunların içərisində  RTŞ müdirinin öz qızı Xəlilova Ləman Natiq qızı da var. Müəllimlərin müsabiqəsindən keçməyən Ləman xanıma 36 saat dərs verilirsə hansı şəffaf idarəçilikdən danışa bilərik... Dahilər demişkən Çirkli əllərlə təmiş işlər görülmür..


Administratorla əlaqə

077 611-55-22

[email protected]