Ölkə

Müəllim işi axtaranların NƏZƏRİNƏ

1-07-2016, 22:13

İyulun 1-dən Azərbaycanda işsiz müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu başlayıb.

 

Xeberman.com xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu iyulun 1-dən 17-dək aparılacaq.

Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən şəxslər iştirak edə bilərlər.

Müsabiqə 4 mərhələdə təşkil ediləcək.

Müsabiqənin birinci mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. 

İkinci mərhələdə (test imtahanı) hər bir namizədə 60 sual (40 ixtisas 10 metodika 10 məntiq) təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

Üçüncü mərhələdə (vakant yerlərin seçimi) test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər dörd yer seçə bilərlər.

Dördüncü mərhələdə (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Müsabiqədə iştirak edən müəllimlər ərizələrində 4 vakant yer seçə bilərlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]