Müsahibə

Rəmzi Balayev: “Hökumət ölkədə sivil cəmiyyət sektorunu effektiv şəkildə aradan qaldıra bilib”

23-12-2014, 23:02
Rəmzi Balayev: “Hökumət ölkədə sivil cəmiyyət sektorunu effektiv şəkildə aradan qaldıra bilib”"Azərbaycanda müstəqil jurnalistlər təqib edilir və saxta ittihamlarla qarşılaşır” - Rəmzi bəy, Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? - Azərbaycan hökuməti ölkədə sivil cəmiyyət sektorunu effektiv şəkildə aradan qaldıra bilib. Aparıcı QHT-lər bağlanıb, onların rəhbərləri saxta ittihamlarla həbs edilib, müstəqil jurnalistlər də təqib edilib və saxta ittihamlarla qarşılaşıb, hədələnib və təzyiqə məruz qalıb. Onaların çoxu ölkəni tərk etmək məcburiyyətində qalıb. Yerdə qalan parlaçanmış müxalifət zəiflədilib, çünki onların liderləri təqib olunub, həbs ediliblər. Onların tərəfdarları da hədələnib və qorxudulub. Birləşmə azadlığına gəldikdə Azərbaycanla bağlı uzun müddətdir narahatlıq mövcuddur, çünki insanların azad çəkildə toplaşıb hökumətin siyasəti ilə razı olmadığını bildirməsi qadağan edilib. İnsanlar istədikləri yerdə toplaşa bilməz. Başqa şəhərlərə gəldikdə bizə bildiriblər ki, insanların ictimai aksiyaları adətən qeyri-proporsional və ifrat gücdən istifadə edən polis tərəfindən dağıdılıb. - Azərbaycandakı vəziyyətin qonşu ölkələr, xüsusilə də post sovet məkanında ölkələrlə necə müqayisə edirsiniz? - Azərbaycanda insan haqları ilə bağlı vəziyyət son illərdə kəskin şəkildə pisləşib. Azərbaycanda aparıcı vətəndaş cəmiyyəti nümayəndələri və insan haqları müdafiəçiləri həbsxanadadır, ya da dövlət əmlakının mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadə kimi saxta ittihamlarla əlaqədar istintaqla qarşılaşdıqları üçün QHT-ləri bağlayıb fəaliyyətlərini dayandırmalı olublar. Az sayda QHT nümayəndəsi, ya da müstəqil jurnalist qalır. Lakin onlar da hədələr və təqiblər qarşısında öz tənqidi səslərini ucaltmamaq kimi seçim etməli olub. Başqa tərəfdən, Azərbaycanda sivil cəmiyyətin hələ də fəal olduğu haqda təsəvvür yaratmaq üçün hökumət öz tərəfindən maliyyəşdirdiyi "QHT-lər”i dəstəkləməyə və onlara maliyyə yardımı etməyə davam edir. Xeber.İnfo Mövlud Abdulov

Administratorla əlaqə

077 611-55-22

[email protected]