Media

Pərviz Həşimlinin üzünə duran Təvəkkül Qurbanov hələ də MTN-dədir

17-10-2016, 19:36
İki gün öncə tanınmış hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimli MTN Təcridxanasından Penitensiar Xidmətin Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürüldü

Dünən onunla yeni saxlanma yerində görüşən vəkili Bəhruz Bayramov Moderator.az-a bildirib ki, hələlik Pərviz karantindədir və onun qalacağı kameradakı gələcək kamera yoldaşının kim olduğunu indidən deyə bilməz, amma istənilən halda ümid edir ki, bu məsələdə hər hansı ciddi problem yaşanmayacaq. 
Bəhruz Bayramov onu da bildirdi ki, o Pərvizi şərləyərək üzünə duran Təvəkkül Qurbanovun vəkili ilə rastlaşıb və onun hələ MTN təcridxanasından köçürülmədiyini öyrənib. Səbəbləri barədə vəkilə hər hansı məlumat verilməyib və onun nə zaman köçürüləcəyini də vəkili bilmədiyini Bəhruz Bayramova deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]