Layihə

“Ölkəmizi tanıyaq” devizi ilə Nərimanov rayon məktəblilərinin ölkə turu başa çatıb

19-03-2016, 19:47

 “Ölkəmizi tanıyaq” devizi ilə Nərimanov rayon məktəblilərinin ölkə turu başa çatıbNərimanov rayonun məktəblilərinin birinci qrupunun Naxçıvana "Ölkəmizi tanıyaq” devizi ilə ölkə turu başa çatıb.

Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin şəhər və rayonlarından olan şagirdlərin "Ölkəmizi tanıyaq” devizi  “Ölkəmizi tanıyaq” devizi ilə Nərimanov rayon məktəblilərinin ölkə turu başa çatıbilə maarifləndirici tur-aksiyaları keçirilir. Layihə çərçivəsində 2016-cü ilin 19 mart tarixində Nərimanov rayonun məktəblilərindən ibarət birinci qrupun Naxçıvan marşrutu tur-aksiyası başa çatıb.

Məktəblilər sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olublar.

Məktəblilər tur-aksiyadan zəngin təəssüratlarla ayrıldıqlarını xüsusilə qeyd etdilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]