Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarda iştirak edirlər.
Ölkəmizin
tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə
edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif
şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə
dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 54 şəhər və rayondan 1980şagirdi
əhatə edəcək "Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi
çərçivəsində 2016-cı il 16 mart tarixində Nərimanov rayonun məktəblilərindən 14
nəfərlik birinci qrupu Naxçıvan Muxtar Respublikasına yola salındılar.
Məktəblilər tur zamanı Naxçıvanın tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrətməklə yanaşı, gənclərimizə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağını bildirmiş, məktəblilərə uğurlar arzulamışdır.
Məktəbliləri yola salan müəllim
və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı
istirahət, zəngin təəssürat arzuladılar.