Kriminal

Babək sakini qumbaralarla polis bölməsinə gəldi

16-10-2016, 01:54
Babək sakini qumbaralarla polis bölməsinə gəldi
Babək sakini silah-sursatı rayon polis şöbəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, Babək rayonunun Nehrəm kənd sakini Ruslan Zeynalov tapdığı "TOZ-16" markalı tüfəngi, 3 ədəd "F-1" qumbarasını, "RQD-5" qumbarasını, 227 ədəd patronu və 4 ədəd avtomat darağını könüllü olaraq RPŞ-yə təhvil verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]