Kriminal

Gəncədə mübahisə zəminində qumbara partladılıb, iki nəfər ölüb, iki nəfərsə yaralanıb

5-05-2016, 12:02

Gəncədə mübahisə zəminində qumbara partladılıb, iki nəfər ölüb, iki nəfərsə yaralanıbÖtən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edən 4 nəfərdən biri əlindəki qumbaranı partladıb. Partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

Administratorla əlaqə

077 611-55-22

[email protected]