Kriminal

Bakıda oğul anasını bıçaqlayıb

5-02-2016, 13:47
Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğul anasını bıçaqlayıb. 

"Report” xəbər verir ki, rayon sakini 39 yaşlı Elşən Ağayev 77 yaşlı anası Sifayə Ağayevaya bıçaqla kürək nahiyəsindən zərbə endirib.

S.Ağayeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]