Kriminal
Bərdədə baldız yeznəsini bıçaqlayıb
4-09-2016, 01:04
Bərdə rayonunun Piyadalar kəndində bıçaqlanma hadisəsi baş verib.
Xeberman.com Report-a istinadən xəbər verir ki, Bayramov Mahir Salman oğlu bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, hadisəni Mahirin baldızı törədib. Bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.
Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirirlər.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.