Kriminal

Bakıda polis bıçaqlandı - ÖZƏL

30-01-2016, 18:21
Bakıda oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Polisə müqavimət göstərən şəxs onu qolundan bıçaqla yaralayıb. 

Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. 

Azərbaycan prospekti 31-in qarşısında naməlum şəxs Bakı şəhər sakini Məmməd Məmmədzadənin pul kisəsini oğurlayaraq içərisindən 52 manat pulunu götürüb və qaçıb. 

Polis əməliyyat nəticəsində hadisəni törədən Asif Baxşıyevi saxlayıb. Bu zaman A.Baxşıyev polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. O polis serjatı Zaur İbrahimovu sol əlindən yaralayıb.

Hadisə ilə bağlı Yasamal Rayon Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

İlkin Muradov

Administratorla əlaqə

077 611-55-22

[email protected]