Kriminal

Keçmiş bələdiyyə sədri cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi

10-03-2018, 00:04
Salyan rayonunun Kürqaraqaşlı bələdiyyəsinin həbsdə olan keçmiş sədri Rövşən Hüseynov 2 saylı cəza evində ağır xəstəlikdən dünyasını dəyişib.
Virtualaz.org saytının məlumatına görə, 49 yaşlı Rövşən Hüseynov 2015-ci ildə məhkəmənin hökmü ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır şəkər xəstəsi olduğundan böyrək çatışmazlığından əziyyət çəkirdi.
Mərhum bu gün yaşadığı Kürqaraqaşlı kəndində torpağa tapşırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]