Xəbərlər

Taleh Bağırova qarşı yeni cinayət işi

25-12-2017, 19:18

“Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırovun barəsində yeni cinayət işi başlanıb.

Xeberman.com Report-a istinadən xəbər verir ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia edilir.

Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]