Kriminal

Pirallahıda 3 otaqlı, Mingəçevirdə 2 otaqlı ev yanıb

20-01-2016, 09:43
Pirallahı və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. 

Xeberman.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Pirallahı  rayonunda yanğın vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin  1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə  yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Mingəçevir şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan bir mərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə evin çardağına yığılmış 2 kub.m. taxta materiallar yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]