Kriminal

Qusarda 3 otaqlı ev yandı

13-03-2016, 01:51
Xeberman.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın  rayonun Köhnə Xudat kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. 

Nəticədə evin  1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]