Kriminal

Keçmiş arvadını "kislota" ilə yandırmağı sifariş edən şəxsə 10 il cəza verildi

21-04-2017, 00:42
Keçmiş arvadını "kislota" ilə yandırmağı sifariş edən şəxsə 10 il cəza verildiİki uşaq anasının üzünə "kislota” atan şəxs və cinayətin sifarişçisinin məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Zərərçəkmiş Nuranə Hüseynovadır. Onun üzünə "kislota" tökülməsi keçmiş əri, 1987-ci il təvəllüdlü Hüseynov Tural Cəmşid oğlu tərəfindən sifariş edilib. Tural Hüseynov məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qadının üzünə "kislota" atan isə 1981-ci il təvəllüdlü Kərimov Vüqar Eldar oğludur. O, isə məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tural Hüseynov və Vüqar Kərimova qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) ilə cinayət işi açılmışdı.

Tural Hüseynov ondan ayrılan arvadını qısqandığı üçün bu əməli törədib. Bu hadisədən sonra Nuranənin bir gözü kor olub, sifətinin bir hissəsi yanıb.

İ.Muradov,

Administratorla əlaqə

077 611-55-22

[email protected]