Kriminal

Gürcüstanda faciə: 5 gənc yanaraq öldü

1-01-2017, 16:03
Gürcüstanda faciə: 5 gənc yanaraq öldü

Rustavidə qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 gənc yanaraq ölüb

 

Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

Xeberman.com-un məlumatına görə, BMW markalı  avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.

 

Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]