Ölkə

Bakıda avtomobil 6 nəfəri vurub, yaralıların şəxsiyyəti müəyyənləşdirilib

13-10-2015, 22:09
Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər. Bu barədə APA-ya KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub:
Rzayev Fərhad (1999)
Qarayev Əhməd Daşqın (1995)
Səlimov Əhməd Sabir (1993)
Xəlilova Leyla Sabir qızı (1994)
Eyvazova Məryəm Əsəd qızı (1998)
Ələkbərzadə Cabir Elxan oğlu

Xəstəxanadan xəsarət alanların həyatının təhlükə altında olmadığı bildirilib.


****

Bakıda dəhşətli yol qəzası baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə bu gün saat 18.10 radələrində Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb. “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub. Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.

İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır.

Yasamal rayon Polis İdarəsindən APA-ya qəzanın baş verməsini təsdiqləyiblər. Bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb: “Qəzanın baş vermə səbəbləri, ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur”.

musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]