Kriminal

Bakıda mənzildən kişi meyiti tapılıb

23-12-2015, 18:57
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1949-cu il təvəllüdlü Seyidov Əmrulla Şirincan oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar edib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı Ə.Seyidovun vəfat etdiyi müəyyən olunub. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]