Kriminal

Xaçmazda dənizdə batan Rusiya vətəndaşının cəsədi çıxarılıb

14-08-2016, 16:05
 
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

FHN-nin saytının verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
 
Əməliyyat saat 11:45-də başa çatıb. 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]