Əsas Səhifə / Kriminal
Balakən şəhərindəki zavodda partlayış olub.
4-01-2016, 10:11
Xeberman.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün saat 10:30 radələrində Balakən şəhərindəki "Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində, qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.
Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.