İslam

İlahiyyatçı: "Ya Səid Nursini kafir elan edin ya da ki..."

21-03-2016, 20:11

Bir məsələyə diqqətinizi yönəldim. Neçə gündür durmadan Novruzla bağlı fəaliyyətimizi davam etdiririk. Sizə Səid Nursininin kitablarında olan Novruz həqiqətlərini göstərdik. İndi burda bir məsələ meydana çıxır. O şəxslər və alimlər ki iddia edir Novruz yoxdur, haramdır, kim Novruzu qeyd etsə kafirdir filan...

Bu şəxslərin bundan sonra 2 yolları var.

1. Səid Nursi Novruzu qeyd etdiyinə görə gərək kafir elan edilə.

2. Öz boş və cəfəngiyyat fikirlərinin səhvliyini etiraf etmək.

Üçüncü yol yoxdur. Bunu da qeyd edək ki, İmam Qəzzaliyə nisbət verib deyirlər ki, "Kim Novruzu qeyd etsə kafir olar.” Amma heç kim nə rəsmi nə qeyri rəsmi yazmır ki bu hansı kitabda, hansı əsərdə yazılıb. Niyə qeyd etmirsiz? Olmaya özünüzdən uydurursuz? Mənbə olmayana qədər o sözü kor-koranə qəbul etmək Qurana ziddir. (Bəqərə 111)

Fərz edək ki siz o sözün mənbəsini tapdız və fərz edək ki, Qəzzali o sözü deyib. Onda sizə də yuxarıdakı iki yoldan biri düşür. Ya Səid Nursini kafir biləcəksiniz ya da Qəzzalinin sözü yalan hesab edəcəksiniz. Məgər başqa yolunuz var?

İlahiyytçı yazar/ Mahir Şəkərov 

İlahiyyatçı: "Ya Səid Nursini kafir elan edin ya da ki..."

Administratorla əlaqə

077 611-55-22

[email protected]