İqtisadiyyat

İran Türkiyə ilə bağlı qadağanı ləğv etdi

14-08-2016, 04:54

İran Türkiyəyə turist səyahətlərinə olan qadağanı ləğv edib.

Xeberman.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Kasemi məlumat verib.

«Türkiyə tərəfinin İrandan turist səfərlərinin bərpası ilə bağlı istəyini və bu məsələdəki marağını nəzərə alaraq, Türkiyə tərəfinin öhdəsinə düşən bütün lazımi öhdəlikləri yerinə yetirməsi şərti ilə İran bu ölkəyə turist səyahətlərinə tətbiq edilən qadağanı aradan götürür».

Qeyd edək ki, İran iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra Türkiyə ilə hava əlaqəsini kəsmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]