İqtisadiyyat

Banklar dolları 1,6 manatdan baha satır

25-07-2016, 16:08
Banklar dolları 1,6 manatdan baha satır

Dolları ən ucuz satan banklar isə "Bank of Baku” və "Naxçıvanbank”dır.

Banklarda dolların satışı yeni həddə çatıb. 

Xeberman.com Fins.az-a istinadən xəbər verir ki, artıq dolları heç bir bankda 1,6 AZN-dən ucuz almaq mümkün deyil.

Hazırda "Azərbaycan Beynəlxalq Bankı” və "Kapital Bank” dolları 1,6300 manatdan baha satır. 7 bankda ("AFB Bank”, "AGBank”, "Atabank”, "Bank Respublika”, İran Milli Bankının Bakı filialı, "Muğanbank”, və "Turanbank”) dolların satışı 1,6300 AZN həddindədir.

Yerdə qalan banklarda isə dolların satışı 1,61-1,63 AZN arasında dəyişir. Dolları ən ucuz satan banklar isə "Bank of Baku” və "Naxçıvanbank”dır. Bu banklarda dolların satışı müvafiq olaraq, 1,6060 və 1,6010 həddindədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]