İqtisadiyyat

Bakıda valyuta satışı – Ən ucuz dollar alan və baha satan banklar(SİYAHI)

13-01-2017, 20:36
Bakıda valyuta satışı – Ən ucuz dollar alan və baha satan banklar(SİYAHI)

Bu gün "Yapı Kredi Bank" Azərbaycan 1 dolları 1.8939 manatdan satır.

Bu Bank 1 dollara minimum 1.6795 manat alış, maksimum 1.8939 manat satış qiyməti təyin edib.

Dünən 1 dolları 1.85 manata satan "Unibank" bu gün 1 dolları 1.87 manata satır. "Unibank" alışı 1.7742 manatdan 1.79 manata qaldırıb.

"ZiraatBank Azərbaycan" dolların alış qiymətinin 1.79 manatdan 1.80 manata qaldırıb.

Dünən 1 dolları 1.7742 manata alan "Kapital Bank" bu gün 1.7867 manatdan alır. Bank dolları 1.8720 manatdan satır.

"AcessBank" dolların satış qiymətinin 1.8710 manatdan 1.8840 manata qaldırıb.

Dünən 1 dolları 1.7867 manatdan alan "TuranBank"  bu gün 1 dolları 1.77 manatdan alır.

"Azərbaycan Sənaye Bankı" dolları ən yüksək qiymətə alan bankdır. Bu bank 1 dolları 1.82 manatdan alır, 1.87 manata satır.

Dolları ən aşağı qiymətə satan "Caspian Development Bank"dır (CDB Bank). Bank 1 dollara 1.8580 manat satış qiyməti təyin edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]