İqtisadiyyat

26 bank dolları bahalaşdırdı

28-10-2016, 15:16
26 bank dolları bahalaşdırdı

Dolların satış limiti azalır 

Bu gün banklardan 4-ü dollar satışına tətbiq etdiyi limiti dəfələrlə azaldıb. Oktyabrın 28-də "Bank Respublika” limiti 16 dəfə azaldıb. Bu günədək 5 000 dollara qədər ABŞ valyutası satırdısa, bu gün limiti 300 dollara endirib.
"Unibank” isə limiti 10 dəfə azaldıb. İndiyədək 5 000 dollaradək ABŞ valyutası satan bankda bu gün limit 500 dollara endirilib. "Azərbaycan Sənaye Bankı” da dollar satışına tətbiq edilən limiti 1000 dollardan 500 dollara endirib "Bank Silk Vey” də bu gündən ABŞ vayutasını limitlə satmağa başlayıb. Bankın baş ofisində 1000 dollar, filiallarda isə cəmi 500 dollar satılır.

Mərkəzi Bankın dolların məzənnəsini artırmasından sonra bu gün 26 bank ABŞ valyutasını 1.70 manatdan baha satır. 5 bank bank istisna olmaqla qalanları dolları maksimum marja ilə satır. Dolları ən baha satan "Amrahbank” və "Günaybank”dır. Həmin banklarda A BŞ valyutası 1.70 36 manata dəyişdirilir. "Azərbaycan Sənaye Bankı” və "Nikoyl Bank” isə dolları nisbətən aşağı qiymətlə -1.7000 manatla satır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]