İqtisadiyyat

Dollarla bağlı kritik məlumat açıqlandı

8-04-2017, 10:48
 Dollarla bağlı kritik məlumat açıqlandıQlobal bazarların səbirsizliklə gözlədiyi mühüm məlumatlar açıqlanıb.

Marja.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq martda 98 min artıb, işsizlik nisbəti 4.7%-dən 4.5%-ə geriləyib. Beləliklə, işsizlik nisbəti 2007-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enib.

Gözlənti məşğulluğun 180 min artması, işsizlik nisbətinin 4.7% olması idi. Fevral ayı məşğulluq göstəricisi 235 mindən 219 minə dəyişdirilib. Orta saatlıq maaşlar bu dövrdə 0.2% ilə gözləntiyə paralel arıb. Maaşlarda illik artım da gözlənildiyi kimi 2.7% olub.

Məşğulluq mart ayında əvvəlki ilk 2 aya nisbətən düşmüş olsa da, bu vəziyyət normallaşma olaraq da görülə bilər. Sağlam məşğulluq görünüşü FES rəsmilərinin mart ayında faiz artırmasına təsir göstərmişdi. FES üzvləri bu il 2 faiz artırımı nəzərdə tutur.

Məlumatın açıqlanmasının ardınca dollar avro qarşısında bahalaşıb. Avro/dollar məzənnəsi 0,3% düşərək 1.0615 səviyyəsində olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]