İqtisadiyyat

Dollar ilə bağlı vacib məlumat açıqlandı

2-09-2016, 20:19

Dollar ilə bağlı vacib məlumat açıqlandıQlobal bazarların maraqla gözlədiyi ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi açıqlanıb.

 

Xeberman.comn məlumatına görə, "Marja” ABŞ Əmək Nazirliyinin açıqladığı məlumata istinadən xəbər verir ki, avqustda məşğulluq 151 min artıb. İqtisadçılar məşğulluğun 180 min artacağını gözləyirdilər.

ABŞ-da avqustda işsizlik nisbəti isə 4,9%-də qalıb. İqtisadçılar işsizliyin 4,8%-ə düşəcəyini gözləyirdilər. İyul ayı məşğulluq göstəricisi isə 255 mindən 275 minə yuxarı istiqamətdə dəyişdirilib.

FED-in yaxından izlədiyi orta saatlıq maaşlar 0,1% artım ilə gözləntidən aşağı qalıb. Gözlənti 0,2% artım idi. Qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarı baxımından da əhəmiyyət kəsb edir.

Göstəricilərin proqnozdan aşağı çıxması FED-in sentyabrda faizləri artıracağı ehtimalını zəiflədir. FED faiz dərəcəsini artırarsa, dollar daha da güclənəcək, neft isə ucuzlaşacaq.

Məlumatın açıqlanmasının ardınca qlobal birjalarda dollar ucuzlaşmağa başlayıb. Avro/dollar məzənnəsi 0,3% qalxaraq 1,1231 səviyyəsinə qalxıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]