İqtisadiyyat

Süni qiymət artıranlara xəbərdarlıq

14-02-2017, 17:40
Süni qiymət artıranlara xəbərdarlıq
Nazirlikdən Xeberman.com -a verilən məlumata görə, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək azalıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.

Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]