Əsas Səhifə / İqtisadiyyat

Çörəyin qiyməti ilə bağlı - RƏSMİ AÇIQLAMA

29-07-2016, 19:15

Çörəyin qiyməti ilə bağlı - RƏSMİ AÇIQLAMA
Xidmətdən  
Xeberman.com - a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır.

"Qanunvericiliyə görə, çörək dövlət tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Bununla belə, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb.

Əgər çörəyin qiymətində dəyişiklik baş versə, səbəbləri araşdırılacaq”, - məlumatda bildirilir. 

Qeyd edək ki, sosial şəbəkələrdə çörəyin qiymətinin bahalaşması və 30 qəpiklik çörəyin 40 qəpiyə, 40 qəpiklik çörəyin isə 50 qəpiyə satılması ilə bağlı məlumatlar yayılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]