İqtisadiyyat

Bu gecə Azərbaycanda benzin bahalaşacaq? — Tarif Şurasından RƏSMİ AÇIQLAMA

12-01-2017, 22:41
Bu gecə Azərbaycanda benzin bahalaşacaq? — Tarif Şurasından RƏSMİ AÇIQLAMABu gün axşam saatlarından etibarən Bakıda satılan "AI-95 Premium" markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.
 
Cebhe.info xəbər verir ki, məlumatlara görə, 0,93 AZN-ə satılan "AI-95 Premium" markalı benzin bundan sonra 1,10 AZN-a oalcaq.
 
Məsələyə aydınlıq gətirmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Tarif Şurasından Ölkə.Az-a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.
 
"Benzinin qiymətinin dəyişdirilməsilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.
 
Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə "Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən "Premium Euro-95" markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]