Ölkə

Təəccüblənməyə dəyər: Azərbaycan neft idxalına başlayıb

27-05-2016, 12:06

Məlumatı bildirən Dövlət Gömrük Komitəsi xam nefti gətirənin adını açıqlamır.

Azərbaycan xam neft idxalçısına çevrilir. Dövlət Gömrük Komitəsi (DGK) ilin birinci rübündə Qazaxıstandan Azərbaycana 42,5 min ton xam neft gətirildiyini açıqlayıb. İdxal 5,4 milyon dollara başa gəlib.

DSK xəbəri təkrar dəqiqləşdirib

Bu xəbərə inanmayan Dövlət Statistika Komitəsi (DSK) onu DGK ilə təkrar dəqiqləşdirsə də, xan neft alıcısının adını AzadlıqRadiosuna açıqlamayıb

«Premium» markalı benzin idxalçıları isə yüksək qazancın yolunu tapıblar. Onlar ilin əvvəlindən Rumıniyadan 7 milyon 163,7 min ton yüksək oktanlı benzin gətiriblər.

Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən benzinin idxalı 2 min 198,4 ton artsa da, xərclər cəmi 27 min 420 dollar çoxalıb. Başqa sözlə, indi benzin xaricdən təxminən 40 faiz ucuz gətirilir. Pərakəndə satışda isə benzinin qiyməti sabit olaraq qalır.

Dövlət Agentliyi inhisarçı qıtmət siyasətini görməzdən gəlir

Xaricdən ucuz qiymətə gətirilən və «Premium» markası ilə satılan benzinin qiymətini Tarif Şurası tənzimləməsə də, idxalçılar inhisarçı mövqedən yararlanaraq, qiyməti endirmirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi, hələ ki, inhisarçıların qiymət siyasətini görməzdən gəlir.

Arxiv fotosu

Administratorla əlaqə

077 611-55-22

[email protected]