İdman

"Qəbələ" ruslarla oyunda azarkeşləri yeməklə təmin edəcək

10-12-2015, 12:08
"Qəbələ" ruslarla oyunda azarkeşləri yeməklə təmin edəcək"Qəbələ" klubu bu gün keçiriləcək "Krasnodar"la oyun zamanı azarkeşlər üçün maraqlı layihəyə imza atacaq.

Xeberman.com xəbər verir ki, Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyununa gələcək azarkeşlər təmiz və keyfiyyətli qidalarla təmin ediləcək.

Bunun üçün "Başkənt" Restoran və Şirniyyat Evi səyyar satış xidməti təşkil edəcək. Stadiona gələcək bütün insanların yararlana bilməsi üçün məhsullar uyğun qiymətlərlə təqdim ediləcək. Satışa çıxarılacaq məhsulları əldə etmək üçün "Başkənt" Restoran və Şirniyyat evinin stadionun yemək/içmək bölməsində yerləşən səyyar satış nöqtəsinə yaxınlaşmaq tövsiyə olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]