İdman

Avropa Liqasının qrup oyununda insident

9-12-2016, 13:46
Avropa Liqasının qrup oyununda insident

Avropa Liqasının qrup mərhələsinin Ukraynada "Zorya” və İngiltərə "Mançester Yunayted”i arasında keçirilən matçda insident yaşanıb.

Xeberman.com Report-a istinadən xəbər verir ki, bu dəfə də ukraynalı azarkeşlər münaqişə törədib.

Yerli azarkeşlər qonaqlara hücum edərək onların bayraqlarını əllərindən alıblar. Bundan sonra ara qarışıb. Üstəlik, ukraynalıların polislərlə də dava etdiyi bildirilir. Azarkeşlər bununla kifayətlənməyərək "Mançester Yunayted”in cərimə meydançası daxilinə partlayıcı maddə də atıblar.

Bundan əlavə, oyundan öncə də iki komanda azarkeşləri üz-üzə gəlib. Şəhərdə kütləvi yürüş təşkil edən azarkeşlər dava ediblər. Dava zamanı azarkeşlər şüşə və dəmir alətlərdən istifadə edib.

Qeyd edək ki, Çempionlar Liqasının son turunda Ukraynada "Dinamo” və Türkiyə "Beşiktaş”ı arasında keçirilən oyun zamanı da iki komanda azarkeşləri arasında dava düşüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]