İdman

"Qarabağ"ın Avroliqa oyunlarının başlama vaxtı məlum olub

27-08-2016, 13:55
Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qarabağ" klubunun səfər oyunlarının başlama saatı və oyunlaırn keçiriləcəyi stadionlar açıqlanıb. 

 Xeberman.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk oyununa İtaliyanın Florensiya şəhərində çıxacaq.

Sentyabrın 29-da "Artemio Franki" stadionunda "Fiorentina" ilə baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Noyabrın 3-ə təsadüf edən Yunanıstan PAOK-u ilə görüş Saloniki şəhərində yerləşən "Tumba" stadionunda keçiriləcək. Həmin oyunun start fiti 23:05-də səslənəcək. "Qarabağ"ın sonuncu səfər oyunu Çexiyanın Liberets şəhərində "Slovan"a qarşı olacaq. Noyabrın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa futbol qurumu "Qarabağ"ın ev oyunlarının başlama vaxtını açıqlamasa da, görüşlərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyini qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]