İdman

Portuqaliya yığması futbol üzrə Avropa çempionatının qalibi olub

11-07-2016, 11:42

Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.

Xeberman.com-un məlumatına görə, «Stad de Frans» stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar.

Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.

Avropa çempionatı
Final
10 iyul

Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)
Qol: Eder, 109

Administratorla əlaqə

077 611-55-22

[email protected]