İdman

Futbol tarixinin rekord məbləğdə transfer təklifi

8-07-2016, 03:12
İngiltərənin "Mançester Yunayted” klubu İtaliyanın "Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba ilə prinsipial razılaşma əldə edib.

Xeberman.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Fransa yığmasının 23 yaşlı oyunçusu "Mançester Yunayted”in vergiləri çıxmaqla ildə 13 milyon avroluq maaş təklifini qəbul edib.
Avro-2016-dan sonra "Mançester Yunayted” P.Poqba üçün "Yuventus”a dünya futbolu üçün rekord məbləğdə - 120 milyon avro - transfer təklifi edəcək.

Hazırda dünyanın ən bahalı futbolçusu 100 milyon avroya "Real”a transfer edilən Qaret Beyldir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]