İdman

"Çelsi" Ramiresi satdı

27-01-2016, 08:45
"Çelsi" Ramiresi satdı
"Çelsi" futbolçusu Ramiresi Çinin "Çzyansu Saynti" klubuna satıb.
 
Qol.Az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə,  braziliyalı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
 
Britaniya mətbuatı bu transfer üçün Çin təmsilçisinin "Çelsi"yə təxminən 28 milyon avro ödəyəcəyini yazıb.
 
Qeyd edək ki, Ramires 2010-ci ildə "Benfika"dan 22 milyon funt sterlinqə "Çelsi"yə transfer olunmuşdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]