İdman

"Traktor"dan növbəti uğur: ilk üçlüyə yüksəldi

3-11-2018, 10:25

İran çempionatında 11-ci tura start verilib.

Qol.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə "Peykan"la qarşılaşıb. Matç Təbriz klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Peykan" - "Traktor Sazi" - 1:2

Qollar: Esmaeilfar, 5 (0:1), Saleimu, 10 (0:2), Qazi, 74 (1:2)

Bu qələbə ilə xalını 19-a çatdıran "Traktor Sazi" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, turnir cədvəlinə 26 xalla "Padideh" başçılıq edir. "Sepahan" 22 xalla 2-cidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]