İdman

“Neftçi”nin qapısına akrobatik zərbə ilə qol – VİDEO

4-04-2017, 23:17

Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” klubunun futbolçusu Amil Yunanov “Neftçi” komandasının qapısına akrobatik zərbə ilə qol vurub.

Xeberman.com Oxu.Az -a istinadən xəbər verir ki, hücumçu matçın 63-cü dəqiqəsində fərqlənərək komandasının qələbəsində pay sahibi olub.

Qeyd edək ki, aprelin 2-də keçirilən qarşılaşma “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Kimyaçılar” bu qələbədən sonra xallarının sayını 28-ə çatdıraraq turnir cədvəlində 5-ci pilləyə yüksəliblər. “Neftçi” isə 26 xalla 6-cı pillədə qərarlaşıb.

Növbəti turda “Sumqayıt” səfərdə AZAL-ın, “Neftçi” isə “Kəpəz”in qonağı olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]