İdman

“Real”ın baş məşqçisi istefaya göndərildi

30-10-2018, 09:59

Madridin “Real” klubunun direktorlar şurası baş məşqçi Hulen Lopeteqinin istefaya göndərilməsi haqqında qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, klub rəhbərliyi Lopeteqiyə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Onun səlahiyyətlərini Santyaqo Solari icra edəcək.

S. Solari bundan öncə “Real”ın gənclərdən ibarət komandasında çalışıb.

Qeyd edək ki, Lopeteqi bu ilin yayında “Real”a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda ölkə çempionatında 10 oyunda 14 xal yığıb. Sonuncu turda “Real” “Barselona”ya 1:5 hesabı ilə məğlub olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]